“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Azərbaycanı tərk edib.
Məlumata görə, az öncə vətəninə yola düşən türkiyəli çalışdırıcı böyük ehtimalla bir daha cənub təmsilçisinin sükanı arxasında olmayacaq.
Komandada gəncləşdirmə siyasəti aparılacağından rəhbərlik mövsümü O.Çətinlə deyil, yerli mütəxəssislərdən biri ilə davam etməyi düşünür. Çox güman Oğuz Çətini ya hazırda klubda idman direktoru postunu tutan Yunis Hüseynov, ya da əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov əvəzləyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsinə 5-ci pillədə yollanıb. “Ağ-yaşıllar” 18 turdan sonra cəmi 20 xal toplayıb.
Apasport.az saytının komandadan əldə etdiyi məlumata görə, O.Çətin istefa ərizəsini klub prezidenti Mais Mənsimova təqdim edib. Hər zaman komanda rəhbərliyindən dəstəy aldığını bildirən O.Çətin işinin öhdəsindən gələ bilmədiyi üçün cənub klubundan getmək qərarına gəlib.
Yunis Hüseynovun isə komandanın sükanı arxasına keçməyəcəyi də dəqiqləşib.
Qeyd edək ki, klubun sahibi Türkiyədə yaşayan azərbaycanlı milyarder, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR