Vətəninfo.az xəbər verir ki, DÇ-2014-ün 1/4 final mərhələsinə bu gün start veriləcək. Axar.az xəbər verir ki, ilk oyunda Fransa-Almaniya milliləri qarşılaşacaq. Qeyd edək ki, Argentinalı Nestor Pitananın hakimliyi ilə keçiriləcək oyunda yarımfinalın ilk komandası bəlli olacaq. Onu da bildirək ki, bu komandalar arasında indiyədək 6 oyun keçirilib. İki dəfə Almaniya, iki dəfə isə Fransa millisi meydandan qalib ayrılıb. İki oyun isə heç-heçə bitib. Məşhur “Marakana” stadionunda baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.
Braziliya-Kolumbiya
Gecənin ikinci qarşılaşması əzəli rəqiblər olan iki Cənubi Amerika qitəsinin millisi, Braziliya və Kolumbiya yığmaları arasında olacaq. Maraqlısı budur ki, bu komandalar arasında indiyədək keçirilən beş oyundan dördü heç-heçə bitib. Yalnız bir oyunda Braziliya yığması qalib gələ bilib. Oyunu Karlos Velasko Karballonun başçılığı ilə ispan hakim heyəti idarə edəcək.
“Estadiyo Kastelao” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə 01:00-da start veriləcək.
Xatırladaq ki, 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək. Əvvəlcə Argentina - Belçika, daha sonra Hollandiya-Kosta-Rika oyunları keçiriləcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR