ANS-in aparıcısı Elnarə Təhməzovadan yeni xəbər var.
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı verilişinin başlanmasından, yeni təkliflərdən bəhs edib:
"Hələ ki, istirahətdəyəm. Özüm üçün böyük bir tətil planlaşdırmışam. Telefonumu da söndürüb dincəlirəm. Neçə vaxtdır xaricdəydim, iki gündür qayıtmışam. Amma yenidən gedəcəyəm. Avqustun 15-dən sonra iş haqda düşünəcəyəm. Dostlarım sosial şəbəkədən məni tapıb yazırlar. Çoxlu təkliflər alıram".
E.Təhməzova ANS-dən çıxıb-çıxmamasına da aydınlıq gətirib:
"Telekanal rəhbərliyi açıqlama verdi ki, aparıcını efirdən uzaqlaşdırmışıq, araşdırma aparılır. Mənim müqaviləmə xitam verilib. Bu isə yay tətili ilə bağlıdır. Bütün aparıcılar istirahətə gedəndə iş müqaviləsinə xitam verilir. Hazırda məzuniyyətdə sayılıram. Əgər ANS-dən çıxmaq istəsəm, gedib ərizə təqdim edəcəyəm, üstünə qol çəkilsə, ayrılacağam. Onsuz verilişlərim hadisə baş verməzdən 2 həftə sonra məzuniyyətə gedəcəkdi. Rəhbərlik fikirləşir. Qismət olarsa, yeni mövsümdən birlikdə çalışarıq. Olmasa da, başqa telekanalda işləyərəm. Mən çörək yediyim qaba tüpürmərəm. Rəhbərlik dostumdur. Kanaldan ayrılsam da bu belə qalacaq. Məni işdən çıxarsalar, onları başa düşərəm. Məndən başqa nə qədər işçi var. Niyə təkcə mənə görə kanal bağlansın, o qədər insan işsiz qalsın?"
Aparıcı dindarlarla arasında baş verən qalmaqaldan sonra insanların ona münasibətindən söz açıb:
"O hadisə olanda şirkətə kimlər gəlmişdisə, hamısı ilə rəhbərlik danışdı. Mən qaçıb gizlənən deyiləm. Heç kimi təhqir etməmişdim. Tək səhvim efirdə "bayquş" sözünü işlətmək oldu. Adını dindar, namaz qılan qoyanların əksəriyyəti saxtakarlıq edir. Mən bakılıyam, seyid nəslindənəm, nənəmin ocağı var idi. Niyə namaz qılanları təhqir edim ki? Dini düz başa düşən adam mənə irad bildirmədi. Mən sonralar alış-veriş mərkəzində də, şəhərdə də olmuşam. Yaxınlaşıb şəkil çəkdirən də olub. O məsələdən sonra dəyərli olduğumu, çox istəndiyimi bildim. Elə adamlar mənə zəng vururdu ki... Kobudluq edənlər, söyüş söyənlər oldu. Din bilən qadını təhqir edər?"
Xatırladaq ki, E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları "bayquş"a bənzədib. Üstəlik, o, qara çadra geyinənlərin neqativ enerji yaydığını bildirib. Aparıcının səsləndirdiyi və cəmiyyətdə birmənalı qarşılanmayan fikirləri ətrafında qalmaqal yaranmışdı. Nəticədə telekanal rəhbərliyi və E.Təhməzova bütün dindarlardan üzr istəyib, "İncə maraqlar" və "İncə+" verilişlərinin yayımını dayandırmışdı.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ