Mahir Özkan: "Müsəlmanı türk, xristianı erməni saymaqdansa"
Erməni mətbuatı milliyyətcə erməni olan müsəlman blogger Mahir Özkanla İstanbulun erməni patriarxının müavini, arxiepiskop Aram Ateşyana məktubunu müzakirə edir.
ANS PRESS-in məlumatına görə, Mahir Özkan nə vaxtsa İslamı qəbul etmiş ermənilərin - həmşinlərin yenidən xristanlığa dəvət edilməsinin əleyhinə çıxıb və erməni ictimaiyyətini müsəlman ermənilər faktı ilə barışmağa çağırıb.
“Ola bilər ki, nə vaxtsa, bizim ataları zorla müsəlman ediblər. Amma bundan sonra insanlar çox nəsillər boyunca könüllü şəkildə İslamı mənimsəyiblər. Zorla islamlaşdırma tarixi ədalətsizlik olsa da, amma bu insanlar mömin müsəlmanlardır. Cənab Atəşyan, sizə və türk-islam cərəyançılarına bir məsləhət verirəm: müsəlmanı türk, xristianı erməni saymaqdansa, müsəlman ermənilərin varlığı ilə barışın”, - deyə Mahir Özkan vurğulayıb.
Qeyd edək ki, erməni icması müsəlman ermənilərin mövcudluğunu qəbul etmək istəmirlər. Onlar İslamı qəbul etmiş ermənilərin azərbaycanlıları din qardaşı kimi qəbul etməsindən qorxurlar. Hazırda İrəvanda 10 minə yaxın müsəlman erməninin olduğu bildirilir. Bu ermənilər ibadətlərini gizli həyata keçirirlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR