“NATAVANLA ARAMIZDA HEÇ BİR PROBLEM YOXDUR”
Bir il əvvəl ürəyindən əməliyyat olunan xalq artisti İlhamə Quliyevanın Mərkəzi Nefçilər Xəstəkanasındakı müayinəsi davam edir.
Axşam.az-ın əldə etdiyi məlumata görə, ötən gün sənətçi Natavan Həbibi də müğənnini ziyarətə gedib.
Tərəflər arasındakı münasibətlərin əvvəlki qaydasına döndüyü, artıq heç bir problem qalmadığı bəlli olub. İlhamə Quliyeva Natavanın yenə də onun yanında olduğunu və lazımi dəstəyini əsirgəməyəcəyini bildirib. Hər zaman böyüklük göstərib, sənətçilərdən köməkliyini əsirgəməyən xalq artisti sözlərinə bunları əlavə edib:
“Natavanla aramızda heç bir problem yoxdur. Münasibətlər əvvəl necə idisə, indi də eyni qaydada davam edir. Hamıya deyirəm ki, dalaşmayın, mehriban olun”.
İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərli isə bildirib ki, xalq artistini ziyarətə gələnlərin ardı-arası kəsilmir:
“İndiyədək xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, “Özünə bax” verilişinin siması Ruhi Əliyeva, əməkdar artist Cavanşir Məmmədov , Firuzə İbadova, müğənni Sevda Yahyayeva və Ayan Babakişiyeva sənətkarı ziyarət edib. İlhamə xanım özünü yaxşı hiss edir. Mən və prodüser Tolik də onu tək qoymuruq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR