Kikboksinq üzrə Peşəkarlar arası “Azərbaycan Kəməri” uğrunda döyüşlər may ayının 7-də 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur Olimpiya İdman kompleksində keçiriləcək.
Vətəninfo.az xəbər verir ki, bu haqda Milli Məlisin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev özünün facebook.com səhifəsində məlumat yayıb. Məlumatda vurğulanır ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyası, Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Azərbaycanda peşəkar yarışmanın ilk dəfə olaraq keçirildiyini də bildirib:
“Respublikada kikboksinq idman növünün peşəkar istiqamətinin inkişaf etdirilməsi, həmçinin idmançıların ustalığının artırılması, cəmiyyətlərdə, klublarda, şəhər və rayonlarda kikboksinq üzrə bölmələrin işlərinə qiymət verməkdir. Həmçinin, bu çempionatın qalibləri hər çəki dərəcəsindəki kəmər sahibləri,ölkəmizi beynəlxalq peşəkar yarışlarda təmsil edəcəklər”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR