Vətəninfo.az xəbər verir ki, Bakıda Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda ölkəmizin də daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilib. Tədbirlə əlaqədar ölkəmizə gələn Polşanın maliyyə naziri Mateuş Şurek və bu ölkənin Mərkəzi Bankının sədri Marek Belka iş yorğunluğunu paytaxtımızın yollarında velosiped sürməyə çıxıblar. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən tam texniki dəstək alan polşalı qonaqlar səhər saatlarında Azneft meydanından hərəkətə başlamaqla Heydər Əliyev prospektinə çıxıblar və daha sonra Buzovna - Bilgəh - Nardaran - Şüvəlan - Mərdəkan marşrutu ilə hərəkət ediblər. Yolboyu Mateuş Şurek və Marek Belka həvəskar velosipedçilərə də qoşulublar.
Bilgəhdə, dəniz kənarında yüngül qəlyanaltı edən polşalı rəsmilər daha sonra geriyə qayıdıblar. Ümumilikdə 80 km məsafə qət edən qonaqlar paytaxt yollarında gördüklərindən, Azərbaycanın günü-gündən inkişaf etməsindən, ölkəmizdə velosiped idmanına olan maraqdan və insanların isti münasibətindən razı qaldıqlarını deyiblər.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR