Kövrək və sevincli anlar yaşandı Dünən (22 dekabr) Nazpəri Dostəliyevanın 17 illik fanatı bəstəkar-müğənni Arif Səlimov sənətkarın ad gününü təbrik etmək üçün onun evinə yollandı. Vətəninfo.az saytı bəstəkarla sənətkarın görüşünü şəkillərin yaddaşına həkk etdi. Qapının zəngi çalınandan sonra sənətkar qapını özü açdı. Gözləmədiyi sürprizlə rastlaşdı. Arif Səlimov Nazpəri xanım üçün gətirdiyi böyük qızıl gül dəstəsini türk mahnısı olan “Annem”in sədaları altında sənətkara təqdim etdi. Nazpəri xanımın repertuarından mahnılarla fanatı olduğu sənətkarı kövrəltdi. Silsilə duet mahnılar oxundu.
Royal arxasına keçən bəstəkar müğənninin doğum gününə hədiyyə etdiyi “Sev səni sevəni” mahnısını Nazpəri xanıma təqdim etdi. Mahnını dinləyib heyrətlənən sənətkar dedi: “Bunda olan ürəyi heç kimdə görmürəm. Arif 17 ildir ki, mənə sadiqdir, fanatımdır və məni ilk təbrik edən də məhz odur.
Mən bu anı gözləmirdim”. Sevincdən gözləri dolan bəstəkar 17 ilə bir baxış etdi: “Bu gün mən xöşbəxtlərin xoşbəxtiyəm. Fanatı olduğum sənətkarla eyni gündə doğulmuşuq. Nazpəri xanım mənimlə bir bəstəmi duet oxuyub. Bu mənim həyatda ən böyük xoşbəxtliyimdi.
Mən sevdiyim insanlara sürpriz etməyi xoşlayıram və mən həmin sürprizi etdim. Bu yaşadığım anlar üçün Tanrıma minnətdaram”. Biz də eyni gündə doğulan iki sevimli sənət sahiblərini ürəkdən təbrik edirik.
Alim Nəbioğlu
Foto Araz Hacıyev
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR