Royal Dutch Shell 2014-cü il üçün öz hesabatını təqdim edib. Bundan başqa, yaxın illərdə kapital xərclərinin xeyli dərəcədə ixtisar ediləcəyini deyən korporasiyanın başçısı Ben van Börden uzun vədəli perspektivdə neftin qiymətinin artacağını gözlədiklərini də bildirib.
AzərTAc Vestifinance.ru saytına istinadla xəbər verir ki, Shell korporasiyasının gəliri 2014-cü ilin IV kvartalının yekunlarına görə 57 faiz aşağı düşərək 773 milyon dollar təşkil edib. Ümumilikdə isə keçən il korporasiyanın gəlirində 8 faiz geriləmə müşahidə olunub və Shell ili 15,05 milyard dollar gəlirlə başa vurub.
Dünyanın ən iri neft kompaniyalarından biri olan Royal Dutch Shell korporasiyasının hesabatında dünya bazarında neftin qiymətlərinin ucuzlaşması ilə əlaqədar 2015-2017-ci illərdə kapital xərclərinin 15 milyard dollara qədər ixtisar ediləcəyi qeyd olunub.
Bununla yanaşı, Shell korporasiyasının baş direktoru Ben van Börden kompaniyanın neftin qiymətləri ilə bağlı uzun vədəli proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, Brent markalı neftin barrelinin qiyməti 110 dollara qədər qalxacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR