Milli Fikir Mərkəzi olaraq Müsavat Partiyası gənclər təşkilatının sədr müavini Nigar Yaqublunun avqust ayının 25-də avtomobil qəzasına düşdükdən, 17 gün sonra Abşeron rayon məhkəməsinin hökmü ilə, haqqında iki aylıq həbs qətimkan tədbiri seçilməsini müəmmalı hesab edirik. “Vətəninfo.az”a Milli Fikir Mərkəzindən daxil olan məlumatda belə deyilir.Belə ki, Nigar Yaqublu ictmai –siyasi həyatda aktiv siyasi fəaliyyətlə məşğul olduğundan, onun siyasi fəaliyyətindən dolayı həbs olunma ehtimalından narahatlığımızı bildiririk. Nigar Yaqublunun həbs olunmasını ictimai-siyasi fəaliyyətlə məşğul olan gənclərin gözünü qorxutmaq, fəaliyyətlərinin dondurulması məqsədini güdüldüyü təqdirdə pisləyirik. Azərbaycan Respublikası Hüquq Muhafizə orqanlarından araşdırmanın ədalətlə, şəffaf aparılması üçün əllərində olan bütün imkan və vasitələrlə aparılmasını tələb edirik. Ölkəmizin bütün gənclər təşkilatlarını bu məsələdə diqqətli olmağını və prosesləri izləməyə çağırır, ziyalılarımızdan gənclərimizə qarşı atılan sərt addımlara münasibət bildirərək gənclərimizi müdafiə etməyə səsləyirik.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR