Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib.
Toplantı zamanı ötən həftəyə yönəlik qərarların icrası, görülən işlər, partiya daxili məsələlər və ölkədəki ictimai-siyasi durum müzakirə olunub.
Qərarların icrasına dair müzakirələrdə İctimai Palatanın Bakının bolşevik –daşnak birləşmələrindən azad olunmasının 94-cü ildönümü münasibətilə sentyabrın 15-də Türk Şəhidliyi Abidəsinin, 20 Yanvar şəhidlərinin və Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin məzarlarını ziyarət etdiyi qeyd olunub. Divan İctimai Palatanın təşkilatçılığı ilə keçirilən bu anım mərasimi müsbət qiymətləndirib.
Partiyadaxili məsələlərin müzakirəsi zamanı Müsavat Partiyasının bu həftə zona müşavirələrinə start verəcəyi bildirilib. İlk zona müşavirəsinin respublikanın şimal-qərb zonasından başlayacağı bildirilib.
İctimai-siyasi məsələlərin müzakirəsi zamanı sentyabrın 17-si Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin Müsavat Partiyasının Məclis üzvü, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müsbət qərar çıxarmaması pislənilib.
Divanda həmçinin N.Yaqublunun hüquqlarını müdafiə komitəsinin yaradılması barədə müzakirələr aparılıb.
Sonda cari məsələlərə baxılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR