ABŞ prezidenti Cənubi Qafqaza çox az diqqət ayırır
Gec-tez ABŞ başa düşəcək ki, Azərbaycanla strateji maraqları var və bu maraqları qorumaq lazımdır.
ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupundakı amerikalı eks-həmsədr Metyu Brayza deyib.
Onun sözlərinə görə, hələlik rəsmi Vaşinqton Azərbaycanın maraqlarını müdafiə etməyə tələsmir. Lakin bir müddətdən sonra ABŞ başa düşəcək ki, Azərbaycana daha çox diqqət ayırmalı və bu ölkənin maraqlarını qorumalıdır.
ABŞ-ın Cənubi Qafqaz regionuna az diqqət ayırdığını deyən Brayza bildirib ki, rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllinə də az diqqət ayırır.
"Mən ABŞ hökumətini bu münaqişənin həlli üçün ciddi addımlar atmağa çağırıram. ABŞ prezidenti Barak Obama Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməlidir. Bu görüşlər mütəmadi olmalıdır. Necə ki, bunu Dmitri Medvedev prezident olarkən etmişdi. Bundan başqa Obama beynəlxalq ictimaiyyətə nümayiş etdirməlidir ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün vacib məsələlərdən biridir", deyə Brayza bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR