“Mən Odessanın 27 rayonundan 24-nün rəhbərini istefaya göndərəcəyəm”.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili çıxış edib. O, müsabiqə vasitəsilə yeni komanda cəlb edəcəklərini bildirib:
“Odessada 27 rayon var. Onlarda üçünün rəhbəri bu posta yeni təyin olunub. 24-nün rəhbərini isə dərhal istefaya göndərəcəyəm. Biz müsabiqə vasitəsilə yeni komanda cəlb edəcəyik. Müsabiqə yalnız Odessa vilayətində yox, bütün Ukraynada aparılacaq”.
O, struktur islahatlarının korrupsiyaya qarşı mübarizənin bir parçası olduğunu bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenkonun fərmanı ilə Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib. Nazirlər Kabineti isə onu Odessa vilayətinə qubernator təyin edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL