İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İsveç Parlamentinin xanım deputatlarını - Karin Runesonu, Asa Lindestamı, Kerstin Engli və Eva Sonidsonu qəbul edib. “Vətəninfo”nun məlumatına görə qonaqlara Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər barədə ətraflı məlumat verib. E.Süleymanova vaxtilə yaratdığı qeyri-hökumət təşkilatının nəzdindəki qadın hüquqları və uşaq hüquqları üzrə resurs mərkəzlərinin hazırda Ombudsmanın resurs mərkəzləri kimi fəaliyyət göstərdiyini vurğulaqıb və bu qurumların işi barədə məlumat verib. Müvəkkil bu il Azərbaycan Ombudsman təsisatının 10 illiyinin tamam olacağını, bununla bağlı hazırlıq işlərinin görüldüyünü qeyd edib. Qonaqların məişət zorakılığı ilə bağlı sualını cavablandıran Müvəkkil bu istiqamətdə müvafiq QHT-lər və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx işlədiyini, onun verdiyi təkliflər də nəzərə alınmaqla “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edildiyini deyib. Görüşdə Azərbaycanın İsveçdəki səfiri Rəfail İbrahimov da iştirak edib.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR