Aydın məsələdir ki, insanın özünə qəsd etməsi bir gün ya da bir ay ərzində baş verə bilməz.
Bu sözləri “Vətəninfo.az” hərbi ekspert Üzeyir Cəfərov orduda baş verən intihar halları ilə bağlı sualımızı şərh edərkən bildirib.
“Buna uzun bir yol aparır. Xüsusən də orduda bu proses qabarıq şəkildə özünü göstərir. Bu proses baş verəndə, yəni əsgərin, yaxud çavuşun incidilməsi, özünə problemlərlə bağlı qapanması və sairə halları ətrafındakılar görürlər və nədənsə o insana köməklik etmirlər. İncidilmə, haqsızlıq və sairə halları da bura əlavə etsək onda bütöv bir buket alınır ki, intihara sürüklənən şəxs faktiki olaraq öz problemləri ilə baş başa qalır və çıxış yolunu da əlindəki sılahda görür. Bu isə baş verəndə həm o şəxsi incidən, həm də hec bir günühı olmayan əsgər, cavuş və ya zabit də zərər çəkir. Demək istəyirəm ki, intihar halları daha çox komandirlərin baxımsızlığı ucbatından baş verən hadisədır”-deyə,hərbi ekspert qeyd etdi.
Hərbi ekspert belə faciələrin yaşanmaması üçün isə gecə-gündüz əsgərlərlə təmasda olmağın vacibliyini bildirdi: “Onların problemləri ilə dərindən maraqlanmaq lazımdır. Bunlar olanda bədbəxt hadisələrin də qarşısı vaxtında alınır, ailələr də faciələrlə üzləşmirlər. Bir sözlə intiharlar müxtəlif səsbəblərdən baş verir, amma ən böyük səbəb isə biganəlik və baxımsızlığı göstərmək olar”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR