"Çox darıxıram onun üçün"
Müğənni Nadir Qafarzadə "Yeri gəlmişkən” verilişində göz yaşlarını saxlaya bilməyib.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, ailəsinin ondan uzaqda istirahətdə olduğunu deyən sənətçi darıxdığını etiraf edib:
"Biz
bütün çətin yolları bir gəlmişik. İndi ailə kimi formalaşmışıq. Hazırda
ailəm yanımda deyil. Yoldaşım uşaqlarla İstanbula getdi ki, 20 günlük
mənsiz dincəlsinlər. Çox darıxıram onun üçün. Ona mesaj yazdım ki, nə
yaxşı həyatımda varsan. Mənə göz yaşı göndərdi. Bu bizim 22 illik
sevgimizdir. Təsəvvür etmirəm ki, bu istək nə vaxtsa bitər”.