“Parçalanmış arzular”

“Parçalanmış arzular”
Gənc müğənni İlqarə Kazımova "Parçalanmış arzular” adlı yeni mahnısını tədqim edib. Vətəninfo.az SİA-ya açıqlama verən İlqarə 2015-ci ildə təqdim etdiyi sayca ikinci mahnısı olduğunu qeyd edib: "Bir çox müğənnilər yay aylarında mahnı və klip təqdim etmir. Çünki  əksəriyyət istirahətdədir. Yeni bəstə ərsəyə gətirən həmkarlarım da dinamik mahnılar təqdim edirlər. Bunu onunla əsaslandırırlar ki, yayda lirik mahnılar sevilmir. Mən isə fərqli düşünürəm. Mənim fikrimcə yaxşı mahnının zamanı yoxdur. Dinlənilən bəstənin qışı, yazı, payızı, yayı olmur. Əgər mahnı yaxşı ifa olunubsa, o, seviləcək. Yeni işıq üzü görmüş "Parçalanmış arzular” bəstəmə güvənirəm. Həqiqi hisslər üzərində yazılmış mahnıdır. İnanıram ki, dinləyicilərimin də ürəyincə olacaq”.

Qeyd edək ki, mahnının sözləri Kəmalə Qasımovaya, musiqisi isə Gürcüstanın ən məşhur bəstəkarlarından biridir. Mahnı Bakıda aranjeman olunub .



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az