Əfsanəvi futbolçusu Pelenin (tam adı Edson Arantis du Nasimentu) oğlu, daha çox Edinyo adı ilə tanınan Edson Şolbi Nasimentu narkomafiyanın pullarının yuyulmasına dair iş üzrə həbs edilib.
Vətəninfo.az xəbər verir ki, məhkəmə Pelenin oğlunu narkotik ticarətindən əldə olunan pulların yuyulmasına görə 33 il müddətinə azadlıqdan məhrum edib. Bu iş üzrə San-Paulu məhkəməsi daha 3 nəfəri mühakimə edib. Mühakimə olunanların vəkilləri apelyasiya vermək niyyətində olduqlarını bildiriblər. Lakin ona baxılana kimi Edinyo azadlıqda qalacaqdı.
“Assoşieyted Press” agentliyinin məlumatına görə, çərşənbə axşamı məhkəmə Edinyonun azadlıqda qalmasına dair hökmü ləğv edərək onu həbs edib. Hakim Süzanna Pereyranın bəyan edib ki, müttəhim həbs olunmalıdır.
Edinyonun vəkilləri Braziliya mətbuatına bildiriblər ki, onlar müdafiə etdikləri şəxsin dərhal azad edilməsini tələb edəcəklər. Pelenin mətbuat xidməti qeyd edib ki, əfsanəvi futbolçu öz oğlunun həbsini şərh etmir.
Qeyd edək ki, bu işin araşdırılmasına hələ 2005-ci ildən başlanılıb. Edinyoya məşhur narkotik alverçiləri ilə əlaqələrdə və narkotiklərin ticarətində iştirakla bağlı ittiham irəli sürülür. O, özü bütün ittihamları qətiyyətlə rədd edir, yalnız narkotiklərdən istifadə etdiyini etiraf edərək onun satışında iştirakını inkar edir. Edinyo ötən əsrin 90-cı illərində atasının dünya şöhrəti qazandığı “Santos” klubunda oynayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR