Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verdi - FOTO

Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

 

Miq.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.

 

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

 

Sonra dövlət başçısı səfirlə söhbət edib.

 

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı deyib.

 

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az