Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmini qeyd etdi. Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrou tədbirdə ölkəsinin Baş naziri adından çıxış edəcəyini vurğuladı.
Dövlət başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu dedi. Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını məmnunluqla qeyd edərək Böyük Britaniya Baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirdi. Son illər ölkəmizdə gedən sürətli inkişaf proseslərinə toxunan dövlətimizin başçısı paytaxtda böyük quruculuq işlərinin həyata keçirildiyini, müasir infrastrukturun və istirahət obyektlərinin yaradıldığını bildirdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində bp-nin xüsusi rolu vurğulandı və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat