Hollandiya partiyası qondarma erməni soyqırımı ilə bağlı diaspor fəalı Vüqar Abbasovun sorğusunu cavablandırıb.
Bu barədə “Vətəninfo.az”a Zierikzee şəhərindən Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov bildirib.
“Niderlandda keçiriləcək parlament seçkiləri ilə bağlı sosial şəbəkələrin birində yazdığım statusa, dostlardan biri diqqət çəkən bir şərh və bu şərhə də bir məktub əlavə etmişdi. Məzmundan belə anlaşıldı ki, PvdA partiyasından millət vəkilliyinə namizəd olmaq istəyən hər kəs erməni “soyqrımı”nı tanıyan sənədə imza atmalıdır, hətta Türk kökənli insanlar belə. Bunu araşdırmaq üçün PvdA partiyasının lideri cənab Samsoma sorğu məktubu və mənə göndərilən sözü gedən sənədi məktuba əlavə olaraq göndərdim. Bu günlərdə PvdA partiyasının Xarici Siyasət şöbəsinin baş mütəxəssisi xanım M. Kristiansedən (Monique Christiaanse) cavab məktubu aldım. Məktubda bunun, yəni bu partiyadan deputatlığa namizəd olmaq istəyənin erməni “genosid”ini tanıyan sənədə imza atmaq tələbinin yalan olduğu qeyd olunub. Elcəcə də xanımın göndərdiyi məktubda da “genosid” sözü dırnaq işarəsi altında yazılıb.
Daha sonra xanım partiyanın mövqeyini ortaya qoyub ki, bütün bunların Türkiyə və Ermənistanən birgə müzakirə etməsinə ehtiyac var. Mən isə öz tərəfimdən qeyd etmək istəyirəm ki, bu siyasətdir. Ola bilsin bizə bir, digər tərəfə başqa bir söz deyilir. Ancaq biz geri çəkilməkdənsə, bu və digər partiyalarda mövqelərimizi möhkəmləndirməliyik”,-deyə Vüqar Abbasov qeyd edib.
Elnur Eltürk