Yuxudan ayılıb gördüm,
Sən bizə qonaq gəlibsən.
Üzün-gözün tər içində
Elə bil uzaq gəlibsən.
Heç baxmadım üzünə də
Elə bil yad adam gəlib.
Yatanda qapı bağlıydı
Bəs bu adam
Hardan gəlib?
Bu qışın qarlı günündə
Pəncərələr bağlı olur.
Gözlərində qış yuxusu,
Canında bir ağrı olur.
Bəs bu adam hardan girib
Evə hardan yol tapıb o
Bəlkə qapını çöldə yox
Içəridən açıbdı o
Şübhələr didir içimi...
Bir də gördüm ağlayır o
Tərə qarışıb..
Göz yaşı
Silməyə də yaylığı yox.
əlimi çəkdim alnına,
alnı qar tək soyuq idi.
Gözüm dikildi üzünə
Heç onun gözü yox idi.
Dindirdim danışmadı o
Bəlkə ağzı,dili yoxdu.
əl uzatdım əllərinə
gördüm nə də əli yoxdu.
Çox görmüşdü ölü adam
Hələ belə ölü yoxdu.
Göz yaşını hardan alır?
Göz yerində gözü yoxdu.
Necə girib bu evə o,
Axı onun üzü yoxdu.
Nə ağzı var,nə də dili
Nə də onun sözü yoxdu.
Bu gəliş bir söz olacaq
Söhbət,söz olmayan yerdə.
Bağrım yanıb köz olacaq
Ocaq,köz olmayan yerdə.
Bir mən,bir də köhnə şəkil...
Sükut çökür aramıza
Xatirələr,nə də şəkil
Məlhəm olmur yaramıza.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR