Səbail rayon İcra Hakimiyyəti Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə ənənəvi olaraq Talasimiya, Hemofiliya və digər irsi qan xəstəlikləri əziyyət çəkən uşaqlara yardım məqsədi ilə universitetin tələbələri və müəllimlərin iştirakı ilə ənənəvi qanvermə aksiyası keçirib.
“Vətəninfo.az”-ın məlumatına görə, universitetin tibb məntəqəsində Bahadır Bayramov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının mütəxəssislərinin və səyyar qan köçürmə laboratoriyasının iştirakı ilə aksiyaya başlanılıb, həkim briqadaları üçün burada hər cür şərait yaradılıb və keçən aksiyaya nisbətən daha çox tələbə burada iştirak edib. İlk növbədə aksiyada iştirak etməyə gələn tələbə və müəllimlər həkim müayinəsindən keçirilib, təzyiqləri ölçülmüş, qan qrupları müəəyən olunub. Qanvermə aksiyasında Universitetin Beynəlxalq İqtisadi Münasibətlər, Maliyyə, Xüsusi İstedadlar qrupunda təhsil alan tələbələr daha çox fəallıq göstəriblər. Aksiyanın keçirildiyi 2 gün ərzində 400 nəfərə qədər tələbə və müəllim qanvermədə iştirak edib, toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.
“Vətəninfo.az”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR