Vətəninfo.az xəbər verir ki, dünən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları başlaylb. “Qafqazinfo”nun xəbərinə görə, Azərbaycanı qitənin futbol üzrə ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu Ağdamın “Qarabağ” komandası ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Maltanın “Valletta” komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun baş hakimi belaruslu Siarhei Tsinkeviç olub.
Ağdam təmsilçisi Malta klubu ilə səfərdə keçirilən ilk oyunda minimal hesablı (1:0) qələbə qazanıb. Ona görə “Qarabağ” komandasına növbəti mərhələyə adlamaq üçün heç-heçə də kifayət edib.
Oyunun 15-ci dəqiqəsində Ağdam klunu Reynaldo ilə hesabı açıb: 1-0. 18-ci dəqiqədə “Valletta” klubunun oyunçusu Conatan kobud qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci hissənin əvvəllində - 48-ci dəqiqədə Çumbinyo “Qarabağ”ın ikinci qolunu vurub: 2-0. 67-ci dəqiqədə Dias hesabı 3-0 edib. 80-ci dəqiqədə L.Corc Ağdam təmsilçinin 4-cü qolunu vurub. 2 dəqiqə sonra “Valletta”nın kapitanı Feleç qırmızı vərəqə alaraq oyundan qovulub. Oyun “Qarabağ”ın 4-0 hesablı qələbəsi ilə başa çatıb. Ötən oyunla (1-0) birlikdə ümumi hesab 5-0 olub. Bununla da Ağdam klubu növbəti mərhələyə keçib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR