Vətəninfo.az xəbər verir ki, sabah keçiriləcək “Qarabağ”-“Valetta” oyununa satılan biletlərin sayı məlum olub. Tofiq Bəhramov adına Stadionun direktoru Akif İsmayılov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, dünən axşama kimi 6 mindən çox bilet satılıb: "Satış bir neçə gün əvvəl başlayıb. Düşünürəm ki, 6 min yaxşı göstəricidir. Adətən bizim azarkeşlər bileti oyun günü alırlar. Fikrimcə, sabah stadionda 20 min azarkeş olacaq".
Direktor qeyd edib ki, biletlərin qiyməti 1-2 manat arasında dəyişir: "Stadionun iki sektorunda biletlərin qiyməti 2 manatdır. Qalan bütün yerlərin bileti 1 manatdır".
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsində Maltanın “Valetta” klubu ilə sabah saat 21:30-da qarşılaşacaq. Komandaların ilk qaşılaşması “Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatmışdı.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR