Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovun Vətəninfo.az-a verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qarabağın xristian abidələri kitabının ingilis dilində hazırlanması ilə bağlı lahiyənin icrası davam edir.
“Kitabda məqsəd bu gün erməni işğalı altında olan Qarabağ torpaqlarında yerləşən tarixi xristian abidələri haqqında əsl həqiqəti əks etdirən faktları ingilis dilində hazırlamaq və dünya ictimaiyyətinə təqdim etməkdir. Erməni təbliğat maşını guya bu abidələrin “qədim erməni” abidələri olması haqqında bu gün dünyada cox aktiv təbliğat aparır və heç bir faktlara söykənməyən saxtakarlıqlarla dünya ictimaiyyətini çaşdırmağa səy göstərirlər. Bu gün əldə olunan məlumatlara əsasən qədim Alban-Türk mədəniyyətinə aid olunan bu xristian abidələri ermənilər tərəfindən yenidən restavrasiya olunaraq dəyişdirilir və yenidən qurularaq erməni abidələri formasına salınır. Ancaq işğaldan əvvəl çəkilmiş fotomateriallar və arxiv sənədləri vardır ki, biz bunu kitab şəkilində bu gün toplayaraq hazırlayırıq”, - deyə Anar Xəlilov qeyd edib.
Xatırladaq ki, SİMİB buna qədər üç dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını və ingilis dilində “Qafqazın konservatoriyası” filmini hazırlayaraq ictimaiyyətə təqdim edib.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR