22 iyul – Milli Mətbuat günü münasibəti ilə Lökbatan
qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində respublikanın qabaqcıl və
tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Emil Abbasov bütün mətbuat
nümayəndələrini 22 iyul – Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra
Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından ürəkdən təbrik etdi.
Qeyd etdi ki, 140 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus
ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq,
günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz
xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.
Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi
informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda
senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük
dəstək verib. Sevindirici haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin
sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda
davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün mərhələli
şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz
nümunəsidir.
Sonda mətbuat nümayəndələrinə mükafatlar təqdim olundu.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri