ŞƏFƏQ AZƏR (Almaniya)
Dörd ünsürü Allah bizə veribdir,
Bayram edib, qarşilayın Novruzu.
Bu nəsihəti Dədəm Qorgud veribdir,
Xoş sözlərlə qarşılayın Novruzu!
Insan oğlu sussuz, odsuz yaşamaz,
Havasız,bir torpaqsız dağ aşamaz.
Nə duasız nə inamsız yaşamaz,
Şükür deyib qarşılayın Novruzu!
Şükür deyib min kərə bayram etmək,
Türk oğlunun adətidir əzəldən.
Yaradanın qarşısında baş əymək,
Borcumuzdur, qarşılayın Novruzu!
Yaşıllıqdır, bərəkətdir, Səməni,
Nəlbəkiyə birər-birər düz dəni.
Cərəz ilə, ləbləbi dər al, məni,
Bolluq edib, qarşılayın Novruzu!
Xonçalarla bəzəyərək süfrəyi,
Yeddi deyil, yetmiş yeddi yeməyi.
Sadalayıb, birər-birər, bəhrəyi,
Alqış deyib, qarşılayın Novruzu!
Tonqalları quraşdırın baş-başa
Hoppanaraq, bəd qüvvəni, at oda!
Kosa-keçəl, edirlər, min Tamaşa
Baxın, gülün, qarşılayın Novruzu!
Umu-küsü götürülsün aradan,
Ağır yükdür, Kin-küdrət, at başından!
Yaxşılığı Görsün, Ulu Yaradan,
Alxış edib, qarşılayın Novruzu!
Şəfəqəm mən, hər kəsi salamlaram.
Dost, tanışı, qohumları anaram,
Bayramları Müqəddəslik sayaram.
Mübarəkdir, qarşılayın Novruzu!
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR