Vətəninfo.az Lent.az-a istinadən xəbər verir ki, bu gün APA-TV-nin “Üç Valet” verilişində qonaq olan xalq artisti Aygün Kazımova maraqlı açıqlamalar verib. Məlumata görə, A.Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə 7 illik sevgi həyatından danışıb:
“Hamı bilir ki, Namiqlə böyük sevgimiz olub. Hamıdan üzr istəyirəm. Yeddi il bir yastığa baş qoymuşuq. Amma indi hansısa bir məqamlar görəndə nələrsə gözümün önündən keçir. Bəzən təəssüf edirəm. Nəyəsə görə peşman olmaq mənim xarakterimə uyğun deyil. Amma bəzi məqamlar adama təsir edir. Yenə də peşman deyiləm. Amma elə bilirəm ki, aldanmışam. Eyni adam məni yenə də aldada bilər. Xarakterim elədir ki, eyni insanlar məni yenə aldada bilər. Amma inamsız necə yaşamaq olar? Namiqə olan hislərim bir anda qırıldı. Mən düşünürdüm ki, Namiq mənim həyatımda sonuncu kişi idi. O mənim həyatımda olanda başqa kişilər barəsində heç yuxuda da fikirləşmirdim. Biz onunla küsülü olmamışıq. Salam-sağ olumuz olub. Amma Namiq indi maqazin proqramlarında gah nala, gah mıxa vurur. Namiq bəsdir, mən səni reklam elədim”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR