"Bakı" futbol klubunun dəvəti ilə 3 gün ərzində Azərbaycanın qonağı olacaq "Atletiko de Madrid" klubunu gətirən təyyarə bazar günü gecə hava limanında yerə enib.
Trend-in məlumatına görə, təyyarənin üzərinə "Land of Azerbaijan" sözləri həkk olunub.
Aprelin 29-da şəhər gəzintisinə olacaq ispan qonaqlar nahardan sonra "Bakı" futbol klubunun təlim-məşq bazasında planlaşdırılan "avtoqraf party" və fotosessiyaya qatılacaqlar.
Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə Dieqo Simeone, Arda Turan və Ardamel Falkao çıxacaqlar.
İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko de Madrid" aprelin 30-da "Bakı" futbol klubunun "Ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Müğənnilər Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önündə çıxış edəcəklər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR