"Tərəflər əllərindən gələni etməlidir ki, əməkdaşlıq uğurla davam etdirilsin"
"Azərbaycanın mövqeyi həmişə ondan ibarət olub ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin hər biri ilə o olkələrin xarakteri nəzərə alınaraq münasibətlər qurulsun".
Vətəninfo.az-ın məlumatına görə, APA-nın Riqaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Riqada Azərbaycan jurnalsitlərinə açıqlmasında deyib.
"Təəssüf ki, indiyə kimi belə deyildi. Amma bu sammitdə görünür ki, Avropa İttifaqının rəhbərləri belə bir qərara gəliblər ki, əməkdaşlığı fərqləndirsinlər. "Şərq tərəfdaşlığı" dövlətləri məsələlərə öz nöqteyi-nəzərindən, öz maraqları çərçivəsində yanaşır. Fikrimcə, tərəflər əllərindən gələni etməlidir ki, əməkdaşlıq gələcəkdə də uğurla davam etdirilsin. Bunun üçün də qarşılıqlı maraqlar nəzərə alınmalıdır. Hər bir ölkənin bu tərəfdaşlıq çərçivəsində gördüyü işlərin, əməkdaşlığın xarakterinin nəzərə alınması vacibdir", - deyə o bildirib.
N. Məmmədov bildirib ki, Riqada keçiriləcək sammitdə bu illər ərzində Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında əməkdaşlığın vəziyyəti, bu əməkdaşlığın gələcək perspektivləri barədə danışıqlar aparılacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR