2007-ci ildən Avropa Yayımları Birliyinin üzvü olan Azərbaycan İctimai Telelvizya və Radio Yayımları Şirkəti həmin ildən Avroviziya mahnı müsabiqəsini yayımlamağa başlayıb. İTV ölkəmizdə bu müsabiqənin yeganə yayımçısıdır və yayım hüququ müvafiq beynəlxalq sənədlərə əasaslanır.
Mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il Avstriyada keçirilən Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamaq qərarı verdi.
Müsabiqə davam edir və İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur.
“Wiener Stadthalle” arenasında keçiriləcək gecədə 17 ölkənin təmsilçisi səhnəyə çıxacaq. Azərbaycan təmsilçisi Təmsilçimiz Elnur Hüseynov bu gün 11-ci çıxış edəcək. O, “Hour of the Wolf” mahnısını səsləndirəcək.
itv.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR