Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, bu gün Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edilib. Belə ki, “Əməkdar incəsənət xadimi” fəxri adı alanlar arasında sevilən aktrisa Məlahət Abbasova da olub.
Bildirib ki, vətəndən uzaqda olmasına baxmayaraq dövlətimiz tərəfindən belə dəyərləndirilmək qürurverici hissdir: “Baxmayaraq ki, bu gün Azərbaycandan uzaqdayam, amma hər zaman qəlbim vətənimlə atır. Mən cənab Prezident İlham Əliyevə və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə dərin təşəkkür edirəm. Çünki xaricdə yaşayan biri kimi dövlətimizin arxamızda olduğuna sevinirəm. Biz uzaqlarda olmağımıza baxmayaraq, tək deyilik. Xaricdə yaşayıb, ölkəmizin belə bir mükafatını almaq böyük uğurdur. Hazırda Türkiyənin ən böyük teatrlarından birində çalışıram. Onların hər biri məni təbrik edib, söylədilər ki, “Biz qürur duyuruq ki, sizin dövlətiniz öz sənətçisinə bu qədər dəyər verir”. Hətta çoxları məni qısqandı. Bildirirdilər ki, mən vətəndə yaşamıram, amma belə bir mükafata layiq görülmüşəm. Təəccüblənirdilər ki, bir dövlət öz sənətçisinin arxasında necə belə sağlam dayana bilər. Bir sözlə, azərbaycanlı olduğum üçün qürur duyuram. Yaşadığım müddətdə, harada olmağımdan asılı olmayaraq, Azərbaycan üçün çox böyük işlər görməyə hazıram”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR