"Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində topa yiyələnməkdə çətinlik çəkirdik. Lakin Ronaldonun qolundan sonra komandam özünə gəldi".
Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu Lüksemburqla keçirilən oyundan sonra (2:1) deyib.
Portuqaliyalı mütəxəssis artıq Azərbaycanla oyun haqda düşündüklərini bildirib: "Lüksemburqla oyunda əsas məqsədimiz 3 xal qazanmaq idi. Lakin bu heç də asan olmadı.
Rəqib sübut etdi ki, onlar da futbol oynamağı bacarırlar. Buna baxmayaraq, çətin də olsa, qələbə qazanmağı bacardıq. Bu qələbə Azərbaycanla oyunöncəsi yaxşı oldu. Artıq bu oyun haqda düşünürük. Növbəti görüşdə çətinliklə üzləşməmək üçün Azərbaycanla oyuna daha ciddi hazırlaşacağıq".
Qeyd edək ki, Portuqaliya yığması "DÇ-2014"ün seçmə mərhələsində növbəti görüşünü sentyabrın 11-də evdə millimizə qarşı keçirəcək. Həmin oyun Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR