Vətəninfo.az xəbər verir ki, Futzal üzrə İngiltərə çempionatının növbəti turunda "Odlar Yurdu" Təşkilatının təsis etdiyi "Baku United" klubu hazırkı İngiltərə çempionu, ingilis futzalının son illərdəki lideri "Helvesia" klubu ilə qarşılaşıb.
Mütəxəssislər hələ ki, məğlubiyyətlə üzləşməyən "Helvesia"nın bu dəfə də çempionatın debütantına qalib gələcəyini ehtimal edirdilər. Bununla belə, "Baku United" oyunboyu üstün olaraq 4-1 hesabı ilə inamlı qələbə qazandı. Oyun çox gərgin keçib və "Helvesia"nın oyunçuları bəzi hallarda aşkar kobudluqdan da çəkinməyiblər. "Baku United"-in rəqibindən açıq-aşkar üstünlüyü və böyük hesabla qələbəsi yerli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. "Helvesianın" yalnız 4 qol buraxmaqla bəxtinin gətirdiyi də bildirilir. Belə ki, "Baku United" 8 dəfə qapı tirini silkələyib və bir neçə qol şansını qaçırıb.
"Helvesia" üzərində qələbə "Baku United" İngiltərə çempionluğuna real namizəd olmasını bir daha təsdiqlədi.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR