“Komandamın oyunundan razıyam. Çoxlu ofsaydlara düşməyimizə baxmayaraq, zonalar üzrə səhvlərə yol vermədik”.
Vətəninfo.az Apasport.az-a istinadən xəbər verir ki, bunu “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib. Təcrübəli çalışdırıcı Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə Bakıda “Qarabağ”la heç-heçə (0:0) etmələrinə şərh verib: “Heç də pis olmuram ki, hücumlarımız elə də gözəl alınmadı. Çünki çətin rəqiblə oyunda biz daha çox müdafiəyə fikir verirdik. Əslində, biz “Qarabağ”ın son oyunlarını izləmişdik. Tamaşaçılar üçün də rəqib asan görünə bilərdi. Bu oyundan sonra onlara olan hörmətimiz daha da artdı. Bakıda qol buraxmamağımız böyük üstünlükdür. Biz Sent-Etyendə daha yaxşı çıxış etməyə çalışacağıq”.
Qaltye “İnter”i qrupun favoriti hesab etdiyini bildirib: “Qarabağ”ı yüksək səviyyəli komanda kimi bilirdim. “İnter” qrupun favoritidir. Qurban Qurbanovun yaxşı taktiki sxemdən yararlanmasını gördükdən sonra fikirlərim bir qədər dəyişdi. Artıq deyə bilərəm ki, “Qarabağ” da bu qrupun favoritlərindən biridir. İnanıram ki, komandanız Fransada da hücum futbolu nümayiş etdirəcək. Amma “Sent-Etyen”in hücum futbolu oynamaması ilə bağlı deyilənlərlə də razı deyiləm. Gələn oyunda da çox çalışacağıq ki, daha çox güc qoyaq".
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR