"Veteninfo.az"ın millət vəkili Zahid Orucun facebook sosial şəbəkəsindən paylaşdığı statusu oxuculara təqdim edir: Millət vəkili yazır ki,"Böyük Mustafa Kamal deyirdi ki,qulluqların ən şərəflisi xalqa xidmətdir. Fərq etməz, ya döyüş meydanı , ya da başqa dövləti vəzifəni yerinə yetirərkən,mahiyyətcə milli işə yarayan nə varsa düşmən üzərində qələbəyə xidmət edir. Dünyanın hazırki mənzərəsi klassik müharibə modellərinin arxada qaldığını göstərir.Vətəndaşı güclü olan millət döyüşü qazanır.
20 illik fasilədən sonra Bərdənin daha bir ərazi vahidinə-Türkmənə mavi yanacaq verildi.Bu indiyədək istifadəyə verilmiş 30-cu kənd idi və inşası davam edən daha 2 ərazi vahidilə təmsil etdiyim dairədə qazlaşma tam başa çatacaqdır.İstəsəniz sovet təbirilə deyərdim ki,bu ölkə üzrə ilk nəticə olacaqdır",-deyən millət vəkili sonra qeyd edir ki, "artıq staxanovçular hərəkatı keçmişdə qalıb və bizim üçün ən başlıcası, bu gün sevinən 360 ailənin evinə rahatlıq,istilik və dincliyin gəlməsidir.Qarabağda yanan hər bir məşəl,insana qoyulan investisiya ermənilər əleyhinə keçirdiyin hərbi əməliyyat qədər vacibdir.Hər kəsin qaranlıqla mübarizəsinin bircə üsulu var:özü bir lampa yandırmağı bacarmalıdır.Bu gün Qarabağda ocaq qalamadan Xankəndinə və Təbrizə getməyi düşünməyin.Ən böyük uğur da birinci addımdan başlanır".
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR