"Bəzi insanlar saxta profillər açıb ailəm haqqında xoşagəlməz ifadələr yazırdılar". Xoşqədəm Hidayətqızı bu sözləri ANS-də yayımlanan "Sən tək deyilsən" verilişində səsləndirib.
Məşhur aparıcı hər telefon bağlantısının efirə bağlanmasının düzgün olmadığını deyib: "Kömək üçün bizə üz tutan şikayətçiləri hüquqlarını qorumaq borcumuzdur. Bəzən, hətta çox vaxt zəng edənlərin çoxu təxribat yaratmaq istəyirlər. Canlı efirdə şikayətçini rüsvay etmək istəyənlər çox olur. Qəti olaraq, qisas xarakterli zənglərin bağlantısının əleyhinəyəm.
Çünki mən özüm elə prosesi keçmişəm. Layihəmlə bağlı çətin anlar yaşayanda mənə qarşı təxribat yaratmaq istəyənlər çox oldu. Varlığımı qəbul etmək istəməyənlər sosial şəbəkələrdə saxta profillər açıb, mənim və ailəm haqqında xoşagəlməz sözlər yazırdılar. Dəyərli tamaşaçılarım sağ olsunlar ki, məni tək buraxmadılar. Ağır günlərimdə mənə dəstək oldular. Mən özüm bütün bunları yaşadığımdan qarşımdakını daha yaxşı anlayıram".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının rəhbəri və aparıcısı olduğu "Sən tək deyilsən" layihəsi həftə içi hər gün saat 16.20-19.00 arası birbaşa yayımlanır.
ANS
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR