Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun 1 dekabr 2011-ci ildən 2012-ci ilin sonuna qədər olan dövr ərzində fəaliyyətini əks etdirən kitab çapdan çıxıb.
www.elkhan-suleymanov.az saytının nəşri olan 414 səhifəlik kitabda ölkə və xarici KİV-də dərc olunan xəbərlər, müraciət və çıxışlar, müsahibələr, eləcə də yüzə qədər foto-şəkil yer alıb.
Kitaba həmçinin, millət vəkilinin seçki qərargahı tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanovun 1 illik fəaliyyəti haqqında hesabat” daxil edilib.
Qeyd etmək yerinə düşər ki, bu, Elxan Süleymanovun millət vəkili kimi seçiciləri qarşısında ikinci hesabat kitabıdır. Belə ki, ötən il 2011-ci ilin yekunları ilə bağlı “Şamaxının millət vəkili. Birinci il” kitabı çap edilmişdi.
“Şamaxının millət vəkili.İkinci il” kitabının buraxılışına məsul siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR