Avropa Şurasının başçısı Donald Tusk Azərbaycan prezidenti İlham Əliyev ilə telefon söhbətində "Şərq Tərəfdaşlığı"nın yeni vasitələrinə ehtiyac məsələlərini müzakirə etdiyini bildirib.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, o, Riqa sammitinin nəticəsinə dair keçirdiyi mətbuat konfransında belə deyib. "Biz tamamilə eyni fikirdəyik. Həqiqətən də bizə, Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı"na yeni alətlər lazımdır. Bu, prezident Əliyevlə bizim söhbətimizin əsas mövzusu idi və faktiki olaraq söhbətimiz bəyannamə barədə deyildi".
Onun sözlərinə görə, Azərbaycan və Belarus da daxil olmaqla ümumi bəyannamə var: "Müzakirə fərqləndirməni əks etdirən yeni vasitə və yanaşma barədə idi. Şübhəm yoxdur ki, Azərbaycan əməkdaşlığı davam etdirəcək və hətta Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək əzmindədir. Bu ola bilsin ki, prezident İİlham Əliyevin ən aydın mesajı idi.”
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, və Belarus daxildir. Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə asosasiya sazişi imzalayıblar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR