Böyük Britaniyanın tanınmış nəşrlərindən olan “The Independent” qəzeti Müsavat Partiyasının başqanı İsa Qəmbərə qarşı sui-qəsd cəhdindən yazıb. Yazıda bildirilir ki, Azərbaycanın ən önəmli müxalif siyasətçilərindən olan İsa Qəmbər polisə məruz qalıb, polis isə hadisələri kənardan izləməklə kifayətlənib.
“Azərbaycan prezidenti İlham Əliyev neftlə zəngin bu kiçik ölkəni sərt nəzarətdə saxlayır və fikir müxtəlifliyinə qarşı dözümsüzdür. Onun üçüncü dəfə iştirak edəcəyi prezident seçkiləri ərəfəsində ölkədə gərginlik artır”, - yazıda bildirilir.
“İsa Qəmbərə qarşı pusqu xarakteri daşıyan hücuma polisin müdaxilə etməməsi böyük narahatlıq doğurur və araşdırılmalıdır”, - Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Con Dalhuisen deyib. Onun sözlərinə görə, Lənkəranda baş verən olay seçkilər ərəfəsində narahatlıq doğuran hadisələrdən biridir: “Bir neçə vicdan məhbusu təzəlikcə azadlığa buraxılsa da, Azərbaycan hökuməti mövqeyini dinc yolla ifadə edən müxalifət fəallarının həbsini davam etdirir”.
Qəzet yanvarın 12-də Bakının mərkəzində keçirilən aksiyadan da yazıb. Məqalədə bildirilir ki, aksiya zamanı həbs olunanlar ölkədəki orta aylıq əmək haqqı səviyyəsindən yüksək məbləğdə cərimə ediliblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR