"Əslində uzun müddətdir ki, İran Azərbaycanda qarşıqlıq yaratmaq istəyir".
Bu sözləri isə Türkiyədən tanınmış politoloq Arif Kəskin bu günlərdə İran xüsusi xidmət orqanlarının Azərbaycanda terror aktı həyata keçirməsi ilə bağlı yayılan xəbəri şərh edərkən dedi: "Bunu İran rəsmilərinin açıqlamalarında rahat görmək olar. Rafiq Tağı hadisəsi də onu göstərdi ki, İran terror aktları həyata keçirərək, Azərbaycanda siyasi prosesi istədiyi yönə çəkmək istəyir. Onu bildirim ki, bu, İranın özü üçün də təhlükəli bir oyundur. İran bu əməli fəaliyyəti ilə bütün qonşuları ilə düşmən nöqtəsinə gələ bilər".
Analitik İranın nüvə böhranı ilə əlaqədar qərb ölkələriylə bir çox sahədə böhran yaşadığı zamanda və daha önəmlisi qərblə hesablaşmasını Azərbaycanda aparması çox təhlükəli və işin içindən çıxılması çətin olan bir oyun olduğunu hesab edib: "Bütün bu baş verənlər onu göstərir ki, İranın Azərbaycanla düşmənçiliyi düşünüldüyündən daha dərin və ciddidir. Bu hadisələrdən İranın qazanclı çıxması mümkün deyil".
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR