Maral Tahirqızı:”Esmira hamama keçəndə, 5 kişi evimə girdi... ”
Vətəninfo.az xəbər verir ki. barəsində cinayət işi açılan Maral Tahirqızı Publika.az-a açıqlama verib bə bunları deyib:
“Mənə deyirlər ki, sən evində əxlaqsızlıq yuvası saxlayırsan. Günahın hamısı o Esmiradadır, saç ustasında. Bir rəfiqəsi ilə evimə qonaq gəldi, qonağı da qapıdan qaytarmazlar ki… Oturduq, çay içdik. Sonra mənim Qız Qalasının yanında çəkdirdiyim fotolara baxdıq. Başım mətbəxdə şəkillərə qarışanda Esmira durub hamama keçdi. Bu rəfiqəsi də dalınca. Mən də heç mətbəxdən başqa otağa keçmədim. Bir onda gördüm ki, beş kişi evimə daxil oldu. Mən onlardan soruşdum ki, ay qardaş, siz kimsiniz, xəbərsiz-ətərsiz evimə gəlmisiniz? Onlar da mənə dedilər ki, səsini çıxarma. Üstündən bir qədər keçmiş polislər gəldilər. Evimin, yataq otağımın şəkillərini çəkdilər. Mənə dedilər ki, evində əxlaqsızlıq yuvası saxlayırsan. Apardılar polis idarəsinə, sorğu-sual etdilər. Mən yazıq o kişiləri heç tanımıram da. Aləmi qarışdıran Esmira olub. O adamları da öyrədib, dalınca evimə gətirib”.
Maral Tahirqızı onu da bildirib ki, müdafiə üçün özünə vəkil də tutub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR