"Qarabağ" son dəqiqələrdə hesabı açdı
Bu gün Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ” "Gefle"ni məğlub edib. "Qafqazinfo" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan möhtəşəm qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. Azarkeşlər 90 dəqiqə boyu sevimli komandalarına dəstək olublar. Eyni zamanda "Qarabağ"dan bu dəstəkdən ilhamlanaraq oyunun son dəqiqələrində hesabı açıb.
Bir neçə dəfə real qol vəziyyətindən yararlana bilməyən komandamız , nəhayət, istəyinə 89-cu dəqiqədə nail olub. Belə ki, Reynaldo hesabı açmaqla bütün azarkeşlərə sevinc bəxş edib. Beləliklə, oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 16. Leroy Corc, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 18. İlqar Qurbanov, 70. Marinaldo da Silva, 6. Hacı Əhmədov, 88. İlrix Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov
Gefle: 1. Mattias Huqosson (k), 2. Olof Mard, 4. Anders Vikström, 6. Par Asp, 14. Yens Portin, 16. David Fallman, 7. Aleksander Faltsetas, 8. Simon Lundevall, 19. Markus Hansson, 10. Yakob Orlov, 15. Mikael Dahlberq
Ehtiyat oyunçular: 22. Emil Hedvall, 3. Yonas Olsson, 11. Sive Pekezela, 5. Zakariya Abdullay, 25. Yoahim Adukor, 9. Yohan Oremo, 20. Emil Bellander
Baş məşqçi: Per Olsoon
Qafqazinfo.az