Vətəninfo.az xəbər verir ki, Azərbaycanın Çempionlar Liqasındakı yeganə təmsilçisi "Qarabağ" bu gün cavab oyununa çıxır. ANS PRESS-in məlumatına görə, klubun baş məqşçisi Qurban Qurbanov oyundan bir gün əvvəl keçirilən mətbuat konfıransında rəqib haqqında açıqlamalar verib. O bildirib ki, "Valletta" asan rəqib deyil və bunun üçün çox ciddi hazırlaşmışıq:
"Rəqib artıq bizə tanışdır. ilk oyundan sonra hansı çatışmazlıqlarımız olduğunu gördük və çox səhvlərimiz oldu. Bu da normal haldır. İstər-istəməz ilk oyunda oyunçuların hazırlıq səviyyəsi yerində olmur və ilk oyun həyəcanı da öz sözünü dedi. Yaxşı nəticə ilə səfərdən dönmüşük, ancaq çox ciddi hazırlaşmışıq. Rəqib düşündüyümüzdən də güclüdür. Təcrübəli futbolçuları və yeni güclü transferləri var", -deyə Q. Qurbanov deyib.
Qeyd edək ki, "Qarabağ" bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. İlk oyunda təmsilçimiz səfərdə "Valetta" ilə qarşılaşmadan 1:0 hesabı ilə qalib ayrılmışdı.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR