Vətəninfo.az xəbər verir ki, "Real Madrid" klubu Dünya Kubokunun parlayan ulduzu Rodriqesi heyətinə qatmaq istəyir. ANS PRESS-in məlumatına görə, bu barədə iddialar İspaniya mətbuatında yer alıb. AS qəzetinin iddiasına görə ispan klubu kolumbiyalı futbolçu üçün "Monako"ya 70 milyon avro ödəməyə hazırdır. Dünya Kubokunda göstərdiyi performansla hər kəsin təqdirini qazanan və 6 qolla "Qızıl buts" mükafatının sahibi olan Rodriqes də "Real Madrid"də oynamaq istəyir. Futbolçunun transferi üçün bütün yollardan istifadə edən kral klubu "Monako"ya braziliyalı oyunçusu Kasemironu da təklif edib. Kolumbiyalı futbolçunun "Real Madrid"dən illik 7,5 milyon avro qazanacağı iddia edilir. Xatırladaq ki, Ceyms Rodriqes ötən mövsüm 45 milyon avro qarşılığında "Portu"dan "Monako"ya transfer olmuşdu.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR