Politoloq Natiq Miri Rusiyanın xarici işlər naziri Lavrovun Qarabağla bağlı açıqlamasına münasibət bildirib.
Politoloq Vətəninfo.az-a açıqlamasında bildirib ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil. Rusiya daha çox status-kvonun qorunmasında maraqlıdır. Çünki bu vəziyyətdə hər iki tərəfə təsir mexanizmlərini saxlayır.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda ABŞ-Rusiya arasında olan rəqabət başa çatmayıb. Kim kimi məsələsi həll olunmayana, geosiyasi mübarizə tərəflərdən birinin xeyrinə sonuclanmadıqca Rusiya Qarabağ probleminin tam olaraq həllində maraqlı olmayacaq. Ona görə də Lavrovun açıqlaması boğazdan yuxarı deyilmiş sözlərdən başqa bir şey deyil. Bu gün Rusiya problemin hətta Ermənistanın xeyrinə belə sonuclanmasında maraqlı deyil. Onun üçün Cənubi Qafqazı nəzarətdə saxlamaq və təsir mexanizmlərini artırmaq üçün Qarabağ və Gürcüstanın Abxaziya və Osetiya yarasının qanaması lazımdır.
Rəqsanə Yusifzadə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR