Tanınmış yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının böyük bir fraqmenti (Udqunçu) "Nezavisimaya qazeta"nın (Rusiya) "EXLİBRİS" ədəbiyyat əlavəsində dərc olunub.
Vətəninfo.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu APA-ya bildirib ki, əsər Roman Ağayevin tərcüməsində işıq üzü görüb (http://www.ng.ru/ng_exlibris/2014-07-03/5_major.html).
Onun sözlərinə görə, Məqsəd Nur yeni dövrdə ilk Azərbaycan yazıçısıdır ki, əsəri belə nüfuzlu nəşrdə dərc olunur: “Bizim gələcək fəaliyyətimizdə bu əsərin bir çox dillərə tərcüməsi və nəşrinə kömək etmək, bununla da Azərbaycan ədəbiyyatının populyarlaşdırılmasına xidmət etmək məqsədi durur. "Şəhər meri" ötən aylarda Gürcüstanın nüfuzlu ədəbiyyat nəşrlərində çap olunmuşdu və yüksək rəylər alıb. İnanıram ki, bu belə də davam edəcək. Ümumiyyətlə, təkcə Məqsəd Nur deyil, bir çox cavan və orta nəsli təmsil edən yazıçılarımız var ki, onların əsərləri dünya çapındadır. Həmin əsərləri və müəllifləri mütləq tanıtmaq lazımdır. Məsələn, Mübariz Cəfərli. Biz bütün bunlar haqqında düşünürük. İnanıram ki, bir çox işlər görəcəyik”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR