"Fələstin xalqının həyat şəraiti günü-gündən ağırlaşır".
Vətəninfo.az-ın məlumatına görə, "Report" BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun baş katibi Pan Gi Mun Fələstin Qaçqınlarına Yardım Agetnliyinin ("UNRWA") yaranmasının 65-ci ildönümünə həsr edilən tədbirdə bildirib.
"Fələstin qaçqınlarının yaşayış şəraitini bombardmanlar, embarqolar və qarışıqlıqlar daha dözülməz hala gətirib", - o deyib.
Pan Gi Mun vurğulayıb ki, Fələstin - İsrail münaqişəsi yalnız siyasi danışıqlar yolu illə həll edilməlidir: "Tərəflərin vaxt itirmədən müzakirələrə başlaması vacibdir".
Baş katibin sözlərinə görə, problemlə bağlı siyasi uzlaşma olmadığından fələstinlilərə humanitar yardım dəstəyi davam etməlidir: "Fələstin xalqına haqqını və ləyaqətini qorumaq üçün imkan verilməlidir. Onlar buna layiqdir".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL