“Heç kim bunu dayandırmaq fikrində deyil”. Ukrayna ordusu möhkəmlənir və yarım ilə, ya da bir ilə Donbas separatçılarına qalib gəlmə qabiliyyətinə malikdir, DXR-nın sabiq baş komandanı İqor Strelkov (Qirkin) belə hesab edir, o bu barədə Youtube-da olan Rusiya kanallarından birinə verdiyi müsahibəsində bildirib.
Vətəninfo.az-ın məlumatına görə, Oxu.Az bu barədə Korrespondent-ə istinadən xəbər verir.
“Könüllülər Rusiyadan Donbasa gəlirlər, amma bir müddət sonra qayıdırlar və bir daha ora gəlmirlər. Çünki onlar orda baş verən real özbaşınalığı görürlər. Və buna görə də ora qayıtmaq istəmirlər, orda olanlar isə Rusiyaya qaçırlar”, - o deyib.
Separatçıların rəhbərinin sözlərinə görə, “döyüşçülərin” arasında narkoman və əyyaşlar çoxdur.
“Bu, “respublika”nın rəhbərlərinə yaxın olanlardır, qarətlə məşğul olurlar. Heç kim bunu dayandırmaq fikrində deyil. Ukrayna hər şeydə irəlidədir. Hər şeydən öncə döyüşqabiliyyətli ordunun yaradılmasında. Və o, tezliklə Rusiyaya qarşı döyüşməyə qadir olacaq.
“Novorossiyada” intizam səviyyəsinə gəldikdə isə bu, dəhşətdir. Başdan ayağa narkomanlıq və əyyaşlıq. Və Ukrayna tezliklə bu separatçıların öhdəsindən gələcək”, - o vurğulayıb.
DXR-nın sabiq lideri qeyd edib ki, separatçıların nizam-intizamı o ordan getdikdən sonra yox olub.
Strelkov həmçinin qeyd edib ki, Ukrayna separatçılardan fərqli olaraq müntəzəm olaraq müharibədə qalib gəlmək üçün tədbirlər görür.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA